qanunedalet.com.az
http://qanunedalet.com.az

Gəncə Dövlət Universitetinin rektoru Kimya elmləri doktoru, professor Yusif Yusibov vəzifəsini şərəflə yerinə yetirir.

7-01-2026, 20:59

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun fəaliyyəti:  elmi liderlik, innovativ islahatlar və dayanıqlı inkişaf yolu

Müasir Azərbaycanın uğurlu inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi və ictimai rifahın yüksəlməsi ilk növbədə dövlətə sadiq, vicdanlı və işgüzar məmurların fəaliyyəti ilə bağlıdır. Respublikamızın hər bir bölgəsində belə nümunəvi rəhbər şəxslər var ki, onlar öz peşəkarlıqları, yüksək təşkilatçılıq qabiliyyətləri, vətənə və dövlətə bağlılıqları ilə xalqın rəğbətini qazanırlar. Bu cür dəyərli kadrlardan biri də Gəncə Dövlət Universitetinin rektoru Kimya elmləri doktoru, professor Yusif Yusibovdur.
Yusif  müəllim uzun illərdir ki, peşəkar fəaliyyəti ilə tanınır. O, dövlətə və dövlətçiliyə sədaqəti, dürüst xarakteri, idarəçilik bacarığı və insanlara diqqət və qayğısı ilə seçilən bir şəxsiyyətdir.
Yusif Yusibov  hər zaman tələbələrin yanında olmuş, onların problemlərinə çevik və səmərəli şəkildə reaksiya vermişdir. O, sadəcə rektor deyil, eyni zamanda xalqın içindən çıxmış, onların dərdini bilən və onu həll etməyə çalışan bir vətəndaşdır.
Yusif Yusibov  təkcə peşəkar mütəxəssis deyil, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətə daim dəstək verən, dövlətə sadiq bir professordur. O, dəfələrlə çıxışlarında və media vasitəsilə Azərbaycanın inkişaf yolunu, dövlət başçısının apardığı islahatları yüksək qiymətləndirdiyini vurğulamışdır.
Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü hər zaman uca tutan Yusif müəllim 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfəri də böyük qürurla qarşıladı. O, şəhid ailələrinə və qazilərə daima diqqət göstərərək, bu ailələrin problemlərinə xüsusi həssaslıqla yanaşır. 
Onun timsalında biz vətənpərvərliyin sözlə deyil, əməli işlərlə təsdiqləndiyini görürük. Yusif müəllim göstərir ki, dövlətə sədaqət sadəcə siyasi bəyanatla yox, gündəlik əməli fəaliyyətlə, dürüst xidmətlə, xalqa bağlılıqla təsdiq olunur.
Yusif Yusibovun fəaliyyətində fərqləndirici cəhətlərdən biri də təşəbbüskarlığı və yeni ideyalara açıq olmasıdır.
Yusif Yusibov  rəhbər olduğu kollektivdə daim humanist və qayğıkeş münasibəti ilə seçilir. O, hər bir əməkdaşın problem və ehtiyaclarını dinləyən, onların peşəkar inkişafına və sosial vəziyyətinə həssas yanaşan bir rəhbərdir. 
Bu gün ölkəmizdə yüksək vəzifələrdə olan şəxslər arasında təvazökarlığını qoruyan, şəxsi maraqları deyil, xalqın mənafeyini ön planda tutan insanlar çox da deyil. Yusif Yusibov  isə bu mənada əsl örnəkdir. O, təmtəraqlı çıxışlardan uzaq, vəzifəsini nümayiş etdirmək yerinə səssiz, lakin effektli fəaliyyəti ilə tanınır.
Onun həyat tərzi, ailə dəyərlərinə bağlılığı, böyüklərə hörməti, kiçiklərə diqqəti də onu tanıyanlar tərəfindən yüksək qiymətləndirilir. 
O, eyni zamanda gənc kadrların yetişdirilməsinə və bu sahədə işə cəlb olunmasına da xüsusi diqqət yetirir. Bu da onun strateji düşüncəsinin və davamlı inkişaf prinsipinə sadiqliyinin göstəricisidir.
Bu gün Gəncə Dövlət Universitetində əldə olunan uğurların təməlində məhz Yusif Yusibov  kimi təcrübəli və vətənpərvər rəhbərin əməyi dayanır. O, həm rəhbər kimi, həm də Azərbaycan vətəndaşı kimi öz vəzifəsini vicdanla yerinə yetirir və nümunə göstərir.
Belə insanlarla dövlətimizin gələcəyi daha da işıqlı, xalqımız isə daha da rifahlı olacaqdır.

Kəmalə Eldarlı
Baş redaktor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728