qanunedalet.com.az
http://qanunedalet.com.az

Nazirliyin e-xidmətlərinə 25 milyon müraciət edildi

Dünən, 18:44

nazirliyin-e-xidmetlerine-25-milyon-muraciet-edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə cari ilin yanvar-noyabr aylarında 25 milyon müraciət edilib.
Ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 15,4 milyon dəfə istifadə olunub, 235 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur.

Həmçinin bir çox proaktiv xidmətlər, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 11 ayı ərzində Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 427 milyon olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031