qanunedalet.com.az
http://qanunedalet.com.az

Sabahdan atəşkəs elan edəcəklər

Dünən, 19:25

sabahdan-ateskes-elan-edecekler

Tailand və Kamboca sərhəddə gərginliyi azaltmaq məqsədilə müvəqqəti atəşkəs elan olunması barədə razılığa gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, sabahdan etibarən qüvvəyə minəcək atəşkəs rejimi ilkin mərhələdə 72 saat davam edəcək. Razılaşmanın müddətinin uzadılması məsələsi isə Tailand Milli Təhlükəsizlik Şurasının verəcəyi yekun qərardan asılı olacaq.

Xatırladaq ki, iki ölkə arasında hərbi toqquşmalar dekabrın 8-də yenidən alovlanmışdı. Vəziyyətin gərginləşməsindən bir neçə gün sonra ABŞ Prezidenti Donald Tramp tərəfləri hərbi əməliyyatları dayandırmağa və ötən ilin oktyabrında imzalanmış sülh müqaviləsinin şərtlərinə qayıtmağa çağırmışdı. Dekabrın 24-də start verilən intensiv diplomatik danışıqlar nəticəsində isə tərəflər silahları müvəqqəti yerə qoymağa razı olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031