Orada 1 il 11 saatdır

Astronomlar kainatın uzaq guşəsində bütün fizika qanunlarına meydan oxuyan yeni planet kəşf ediblər.
TOI-561 b adı verilən bu ekzoplanet Süd yolu qalaktikasının ən qədim bölgələrindən birində yerləşir.
Ceyms Uebb Kosmik Teleskopu (JWST) vasitəsilə əldə edilən son məlumatlar bu planetin ulduzunun amansız istisinə baxmayaraq, milyardlarla ildir öz atmosferini qoruyub saxlaya bildiyini sübut edib.
Qeyd edək ki, Günəş sistemindən təxminən 280 işıq ili uzaqlıqda yerləşən sözügedən planet öz ulduzuna o qədər yaxındır ki, orada bir il cəmi 10,5-11 saat davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: