Goranboyda bir ailənin üç üzvü balıqdan zəhərləndi

Goranboyda bir ailənin üç üzvü zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
1965-ci il təvəllüdlü Nizami kənd sakini Səbirə Həmədova, 1990-cı il təvəllüdlü Mehirban Əhmədova və 2011-ci il təvəllüdlü N. Əhmədova xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, adıçəkilən şəxslər balıqdan zəhərlənib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: