qanunedalet.com.az
http://qanunedalet.com.az

Maqnit qasırğası müşahidə edilir

5-01-2026, 19:31

maqnit-qasirgasi-musahide-edilir

5-11 yanvarda C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, enerjisi 2 MeV-dən çox olan elektron selinin gözlənilən TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton seli üçün də 7 yanvarda S1 səviyyəli proton qasırğası ehtimalı var.

Günəş küləyinin sürətinin 7 yanvaradək nominal qiymətə geri dönəcəyi, sonra isə yenidən yüksələcəyi gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-30%, orta geomaqnit enliklərdə isə 25-1%-dir.

31 dekabr və 1 yanvarda qeyd olunan TKA-ın təsiri ilə bu gün də G1-G2 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. Sonra isə geomaqnit sahəsinin intensivliyinin sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728