qanunedalet.com.az
http://qanunedalet.com.az

Volqoqraddan Ermənistana ilk taxıl partiyası göndərildi

Bu gün, 19:00

volqoqraddan-ermenistana-ilk-taxil-partiyasi-gonderildi

Rusiyanın Volqoqrad vilayətindən ilk taxıl partiyası yük qatarı ilə Ermənistana göndərilib.
Bu barədə “Voljski.ru” saytı məlumat yayıb. 

Buğda ilə dolu vaqonların Volqoqrad vilayətindəki Gmelinskaya stansiyasından yola salındığı bildirilir. Yük qatarı Azərbaycan ərazisindən keçməklə İrəvan stansiyasına çatdırılacaq. 

Məlumata görə, ilk partiya 8 taxıldaşıyan vaqondan ibarət olub. Ermənistana bu ilin sonunadək ümumilikdə 30 vaqonda 2 min tondan çox taxılın göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Noyabrın 5-də isə Rusiya buğdası Azərbaycan üzərindən daşınmaqla Ermənistana çatdırılıb. Bundan başqa, Qazaxıstan buğdasını daşıyan qatarlar Azərbaycan ərazisindən keçməklə noyabrın 8-də Ermənistana çatıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031