qanunedalet.com.az
http://qanunedalet.com.az

Bayramdan sonra yenidən tətilə başladılar

5-01-2026, 19:29

bayramdan-sonra-yeniden-tetile-basladilar

Parisdəki Luvr muzeyinin əməkdaşları yenidən tətilə başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Məlumata görə, Milad tətillərindən sonra iş başına qayıdan muzey işçiləri iş şəraitinə etiraz olaraq yenidən kütləvi aksiyaya başlayıblar. Bu səbəbdən dünyanın ən məşhur sənət ocağının bəzi zalları ziyarətçilərin üzünə bağlı qalıb.

Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) sözçüsü Valeri Baudun sözlərinə görə, təxminən 350 nəfər əməkdaş tətilin bərpasına yekdilliklə səs verib.

Xatırladaq ki, bir müddət əvvəl muzeyin adı sensasiyalı oğurluq hadisəsi ilə gündəmə gəlmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031