Papuaşvili yenidən spiker oldu
Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası rəsmi olaraq açıq elan edilib.
“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən məlumatına görə, iclas zamanı Şalva Papuaşvili yenidən parlamentin spikeri təyin edilib.
88 deputat onun namizədliyinin lehinə səs verib, əleyhinə səs verən olmayıb.
Qiya Volskiy əvvəlkitək spikerin birinci müavini, Nino Çilosani isə parlament sədrinin müavini vəzifəsində qalıb.
Həmçinin Teya Çululkiani də vitse-spiker postunu tutub.
Bununla yanaşı, iclasda parlament komitələrinə rəhbərlər təyin edilib.
Xatırladaq ki, Ş.Papuaşvili 2021-ci ilin dekabrından Gürcüstan parlamentinin spikeri olub.