azfakt.az
http://azfakt.az

Bu qanunlarda dəyişiklik edildi

Dünən, 19:47 Baxılıb: 0

bu-qanunlarda-deyisiklik-edildi


Prezident İlham Əliyev “Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycanın 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsi”nə 21-2-ci maddə (Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvlərinin seçilməsi) əlavə edilib.

Həmin maddəyə əsasən, Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri deputatlar, Azərbaycan Hesablama Palatasının üzvləri və Azərbaycanın Milli Məclisi Aparatının rəhbərliyi sırasından seçilir.

Bundan başqa, Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən müəyyən olunan üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə seçilir.

Həmçinin, Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibinə daxil edilməsi üçün irəli sürülən namizədlərin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930