“Bank of Baku” ASC-nin ekspertiza piramidasının və qiymətləndirici “Sərraf M” –in fırıldaq çarxı necə işləyib?
AÇIQLAMA
Cəbhə bölgəsində bankın kəndli sahibkardan 1,5 milyon manatı özbaşına, sərəncamsız
silərək MƏNİMSƏYİB, MÜFLİS ETMƏSİNİN TƏFƏRRÜATLARI
13.06.2024-cü il tarixində redaksiyamıza müraciət edən Tovuz rayonu İbrahimhacılı
kəndində fəaliyyətini dayandıraraq, müflis olan, 10 ildir hüquqlarını bərpa edə bilmədiyini
iddia edən sahibkar “Azər-Kuban” MMC-nin direktoru Əsgərov Səyyadın şikayət məktubu
redaksiyamıza daxil olub.
10 İLDİR PROBLEMLƏRLƏ YAŞAYAN SAHİBKAR ƏN NƏHAYƏT BEZİB,
YEGANƏ SONUNCU ÜMÜDÜ İLƏ PREZİDENT CƏNAB İLHAM ƏLİYEVƏ müraciət
edib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına ünvanlanan həmin
məktubun redaksiyamıza daxil olan surətində deyilir:
Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri
Cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti
Xanım Mehriban Əliyevaya
Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Xanım Sahibə Qafarovaya
Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Cənab Mikayıl Cabbarova
Məhkəmə-Hüquq Şurasının Sədri Cənab İnam Kərimova
Azərbaycan Respublikasının Ədliyyə Naziri Cənab Fərid Əhmədova
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Rəisi Cənab Əli
Nağıyevə
Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə
Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova
Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri Cənab Taleh Kazımova
“Azər-Kuban” MMC-nin direktoru Əsgərov Səyyad tərəfindən
1
Ərizə:
Çox Hörmətli Cənab Prezidentimiz!,
Sizin Azərbaycanda Sahibkarlara yaratdığınız münbit və əlverişli imkanlardan istifadə edərək cəbhə
bölgəsi olan Tovuz rayonunun İbrahimhacılı kəndində ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Bank of Baku” ASC-nin vasitəsi ilə “Azər-
Kuban” MMC-yə 2 (iki) milyon manat 5 il müddətinə dövlət qayğısı və dəstəyi zəminində güzəştli
kredit ayrılmış, kredit təyinatına uyğun, 10 (on) min tonluq taxıl saxlama elavatorları tikilərək tam
istifadəyə verilmişdir.
31.10.2013-cü il tarixində kreditin bitmə tarixinə hələ 18 ay qalmış bank 622 gün “Vaxtı
keçmiş kredit” adı ilə 3217080,48 manat borcumuzun olduğu ilə bağlı ilk xəbərdarlıq məktubu
göndərmişdir.
Lakin, bankın iddia etdiyi 622 gün “gecikmə” dövründə isə “Azər-Kuban” MMC-yə heç bir
xəbərdarlıq, bildiriş göndərməmişdir!..
Bank həm də 5 gün müddətində 3217080,48 manat “borcun” ödənilmədiyi təqdirdə
hesabımızdakı vəsaitlərimizi də sərəncamsız siləcəklərini bildirmişlər.
“Bank of Baku” ASC 27.11.2023-cü il tarixinədək 3217080,48 manat iddia etdiyi “borc”
məbləğindən 1300076 manatını özbaşına ssuda hesabımızdan sildikdən sonra qalan 1416918.52
manat əsas və faiz “borcun” 500000 manat cərimə borcunun ödənilməsi ilə bağlı 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi vermişdir.
Məhkəmə proseslərində dəfələrlə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi məqsədi
ilə çoxsaylı vəsatətlər versək də bankın etirazına görə vəsatətlərimizi məhkəmə rədd edilmişdir.
02.06.2015-ci il tarixində yekun məhkəmə iclasında bankın nümayəndəsi də Qətnaməni elan
edən hakim də, sonuncu iclas protokolunda cəmi 1417008.5 manat cəmi borcumuzun olduğu
göstərilmişdir.
Məhkəmə isə 02.06.2015-ci il tarixində Qətnaməni elan edib oxuyarkən borcumuzun
1417596.7 manat olduğu göstərildiyi bir halda, 23 gündən sonra oxuduğu Qətnamənin rəsmi
təqdim edildiyi 25.06.2015-ci il tarixində borc məbləğini 1532596.9 manat yəni (1532596.9 –
1417596.9)=115000 manat artıq borc məbləği göstərilmişdir.
115000 manat isə kreditin faiz borcundan süni olaraq artırılmış “Borc” məbləği olmuşdur.
Bank isə Mərkəzi Bankın Kredit Reyesteri Xidmətinə məlumat təchizatçısı olaraq
01.12.2014-ci ildən 2019-cu ilədək elektron və kağız üzərində verdiyi aylıq icbari hesabatlara görə
“Azər-Kuban” MMC-nin faiz borcunun gecikdirildiyi günlərin sayının “0” gün, faiz borcunun
“0.00” manat olduğu göstərilmişdir.
Bir sözlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.06.2015-ci il tarixli qətnaməsi
çıxarılarkən, heç bir araşdırma aparılmamış, məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi üçün
tərəfimizdən verilmiş çoxsaylı vəsatətlər rədd edilmiş, qətnamənin elan edildiyi tarixdə
(02.06.2015) göstərilən borc məbləği ilə qətnamənin rəsmi təqdim edildiyi tarixdə (25.06.2015)
faiz borcunun hətta 115000 manat süni artırıldığına görə həmin qətnamədən Apelliyasiya şikayəti
verilmişdir.
2
Apelliyasiya baxışı zamanı vəsatətimiz dərhal təmin edilərək məhkəmə mühasibatlıq
ekspertizası keçirilməsi məqsədi ilə Qərardad çıxarılmışdır.
Keçirilən ilkin, təkrar, əlavə, komission məhkəmə mühasibatlıq ekspertizalarının tədqiqi
zamanı bankın əməlində cinayətin halları aşkar edilərək; elə 1-ci apelliyasiya baxışı zamanı da
11.09.2017-ci il tarixli 2-1(103)-08/2017 saylı xüsusi qərardadla iş materiallarının surəti
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, banka borcumuzun olmaması bir daha
11.09.2017-ci il tarixli Bakı Apelliyasiya Məhkəməsinin 2-1(103)-08/2017 No-li ədalətli Qətnaməsi
ilə təsdiq edilmişdir. ( Məruzəçi Hakim Cahangir Yusifov)
1-ci apelliyasiya məhkəməsinin Qətnaməsi 24.07.2019-cu il tarixli Bakı Apelliyasiya
Məhkəməsinin No2-2(103)-84/2019 saylı 2-ci baxış obyektiv Qətnaməsi ilə də bir daha təkrar
təsdiq edilmişdir. (Məruzəçi Hakim Kəmalə Xanım Abıyeva)
3-cü və 4-cü apelliyasiya baxışları zamanı isə bu işlə bağlı məruzəçi hakimlərə (hakim Raqif
Qurbanova, hakim Aidə Hüseynə) “Bank of Baku” ASC-nin törətdiyi cinayət əməli ilə bağlı
məhkəmənin çıxardığı 11.09.2017-ci il tarixli xüsusi qərərdadın icrasının yekun nəticələrinin iş
materiallarına əlavə edilməsi ilə bağlı verdiyimiz vəsatətləri rədd etmişlər.
Bakı Apelliyasiya Məhkəməsinin rəhbərliyinə xüsusi qərardadın icrasının yekunu ilə bağlı
məlumatların iş materiallarına əlavə edilməsini bir daha xahiş etmişdik.
Bakı Apelliyasiya Məhkəməsi müraciətimizə cavab olaraq “Bank of Baku” ASC-nin
əməlində cinayətin halları ilə bağlı 11.09.2017-ci il tarixli 2-1(103)-08/2017 saylı məhkəmənin
xüsusi qərardadının “hərtərəfli, obyektiv araşdırmasının aparıldığı” bildirilsə də bu günədək
bizdən izahat alınmamış, iş materiallarına da heç bir məlumat əlavə edilməmişdir.
Hətta 2-ci və 3-cü kassasiya baxışları zamanı da gələcəkdə ədalətli nəticəyə gəlinməsi
məqsədi ilə Ali Məhkəmənin çıxardığı (05.02.2020-ci il tarixli 2-2(102)-15/2020 saylı,
19.05.2021-ci il tarixli 2-2(102)-151/2021 saylı) ədalətli qərarlarında məhkəməyə təqdim etdiyimiz
225 ədəd əslləri bankın ştamp əksi ilə təsdiq edilmiş; bankın özünün tərtib etdiyi mədaxil
qəbzlərinin üzərlərindəki (saxta bank kodlarının, saxta sıralamaların, saxta imzaların, saxta
məbləğlərin, saxta təyinatların) araşdırılması məqsədi ilə 3-cü və 4-cü apellyasiya baxışları
zamanı (məruzəçi hakimlər Raqif Qurbanov, Aidə Hüseyn) şəxsi maraqlarını hakimin yüksək
adından üstün tutaraq Ali Məhkəmənin əlavə kompleks məhkəmə-mühasibatlıq ekspertizasının
keçirilməsi ilə bağlı xüsusi və məcburi tapşırığını icra etmək əvəzinə ən nəhayət bankın sifarişi ilə
xarici Audit Rəyi əldə edilməsi barədə qərardad çıxarmışdır.
“Bank of Baku” ASC-nin 10 il dalbadal məhkəmələri “Azər-Kuban” MMC-yə
uduzması ilə bağlı Ədliyyə Nazirliyinin eyni məzmunlu ilkin, əlavə, təkrar, komission
məhkəmə mühasibatlıq ekspertizalarının obyektiv Rəylərini, 1-ci və 2-ci apellyasiya baxışları
zamanı xeyrimizə çıxarılmış ədalətli məhkəmə qətnamələrini, Krediti ayırmış Sahibkarlıq
Fonduna “Azər-Kuban” MMC-nin və bankın heç bir borclarının olmadığını təsdiq edən
məktubla, bankın məhkəmələrə təqdim etdiyi müvafiq ssuda hesablarından çıxarış sənədləri
ilə 18 sualın cavablandırılmasına 1 ay müddət əvəzinə, 9 aylıq araşdırmalar aparıb, oxuyub
tanış olduqdan sonra xarici audit firmalarının Azərbaycandakı bütün filialları (“Deloitte”,
“Ernst Yang Holdings”, “Grant Thornton” LTD, “KPMC” və sair) məruzəçi hakim Aidə
3
Hüseynin çıxardığı məhkəmə Qərardadı ilə bağlı Audit Rəyi verilməsindən bir mənalı imtina
etmişlər.
“Azər-Kuban” MMC isə Ali Məhkəmənin 19.05.2021-ci il tarixli No2-2(102)-151/2021
saylı çıxardığı ədalətli Qərarına, “Audit Xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 8-
ci maddəsinə, AR MPM-nin 77.1, 77.3 maddələrini əsas tutaraq, 28.01.2022-ci il tarixli qərardadla
məruzəçi hakim Aidə Hüseynin xarici audit qarşısında qoyduğu 18 sualın 9 ay ərzində
cavablandırılmadığını görüb Auditorlar Palatasının Dövlət Sifarişlərinin icrasına xüsusi sərəncamı
olan Audit ilə müqavilə bağlayıb, 02.09.2022-ci il tarixində “Bank of Baku” ASC-nin
hesabımızdan 1530384,24 manat vəsaitimizi özbaşına, sərəncamsız mənimsədiyini sübuta yetirən
AR/PA-MA No0021 saylı Audit Rəyi tərtib edilmişdir.
02.09.2022-ci il tarixli Audit Rəyi məhkəməyə təqdim edildikdən dərhal sonra hakim
Aidə Hüseyn yenə də təkrar 10 ay əvvəl xarici Audit qarşısında qoyduğu və heç bir cavabını ala
bilmədiyi 18 sualın 17-sini dərhal bankın sifarişi ilə siyahıdan çıxarıb, cəmi 1 (bir) sualı
saxlayaraq, 21.10.2022-ci il tarixində Ali Məhkəmənin məcburi və xüsusi tapşırığına yenə də
əhəmiyyət vermədən təkrar əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizası keçirmək əvəzinə
ilkin növdə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə Qarardad çıxarmışdır.
İş materialları ekspertiza tədqiqatına göndərilərkən 02.09.2022-ci il tarixli sözügedən Audit
Rəyini hakim Aidə Hüseyn bankın sifarişi ilə iş materiallarının içərisindən çıxararaq, ekspetiza
tədqiqatına göndərməmişdir.
Ekspertiza tədqiqatına kömək məqsədi ilə Audit Rəyi 2-ci dəfə məruzəçi hakim Aidə
Hüseynə, həm də Ekspertiza Mərkəzinə poçt vasitəsi ilə göndərilməsinə baxmayaraq hakim Aidə
Hüseyn Audit Rəyini yenə də Ekspertiza Mərkəzinə göndərməmiş, ekspert isə Ekspertiza
haqqında Qanunun 12-ci maddəsinə “əsaslanaraq” guya məhkəmə ekspertizasını aparmaq
üçün müstəqil olaraq material toplamağın ekspertə qadağan edildiyini bildirməklə 02.09.2022-
ci il tarixli sözegedən Audit Rəyini rədd etmişdir.
Lakin, “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun
12-ci maddəsinin 1-ci, 7-ci, 8-ci, 13-cü maddəsinin 3-cü, 6-cı bəndlərində göstərilmişdir ki,
Məhkəmə Ekspertizasının predmetinə aid olan hər bir iş üzrə bütün materiallarla tanış olub,
qoyulmuş suallardan əlavə məhkəmə ekspertizalarının predmetinə aid olan və iş üçün əhəmiyyətli
sayılan digər halları da öz rəyində göstərməyi, hətta məhkəmə ekspertizasını sifariş etmiş orqanın
ekspertin hüquqlarını pozduqları halda qanunla müəyyən edilmiş qaydada şikayət etmək hüququ
olduğu göstərilmişdir.
Nəticədə də isə ekspertə AR CM-nin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti elan
edilməsinə baxmayaraq, “Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili
haqqında” Təlimatın 2.4.5, 2.8.1, 2.8.4 maddələrini, “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında”
Azərbaycan Respublikası Qanunun 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci maddələrinin müvafiq
bəndlərini kobudcasına pozaraq, tələb olunan metodik tələblərə cavab verməyən, tədqiqatında
əvvəllər bu işlə bağlı keçirilmiş, eyni məzmunlu, eyni şöbənin, eyni tədqiqat metodu ilə aparılmış
ilkin, əlavə, təkrar, komission məhkəmə mühasibatlıq ekspertizalarının verdikləri obyektiv Rəylərə
4
zidd olan, sifarişçi hakim Aidə Hüseynin təsiri ilə 17.02.2023-cü il tarixində prosessual
tələblərin pozulması ilə tədqiq edilmiş No9/7970 saylı natamam, ziddiyyətli ekspert Rəyi
verilmişdir.
17.02.2023-cü il tarixli No9/7970 saylı Rəyin natamam və ziddiyyətli olmasını bir daha
onunla əsaslandırırıq ki, ekspertizanı sifariş vermiş məhkəmənin qərardadında və hətta ekspert
Rəyinin özündə belə “Tədqiqat yalnız əslləri bankın möhürü ilə təsdiq edilmiş ödəniş
sənədləri (Bankın müvafiq ssuda, cari hesablarından çıxarışlara, bank mədaxil qəbzlərinə,
ödəniş sərəncamlarına) əsasında aparılacağı göstərildiyi bir halda, iş materiallarında olan
bankın 31.10.2013-cü il tarixli 4629 saylı xəbərdarlıq məktubundan fərqli əsas və faiz borcuna
sildiyi 1300076 manat məbləğ nəzərə alınmamış, mübahisələndirilən kreditlər üçün aparılmış
ödənişlərin əslləri bankın möhür və imzası ilə təsdiq edilmiş bank mədaxil qəbzlərinin 70%-i, cari
hesabdan çıxarışlardakı ödənişlərin 27%-ni, bank sərəncamı ilə aparılmış ödənişlərin 100 %-ni,
qeyri-qanuni saxta “Razılaşmalarla” bankın özbaşına sildiyi vəsaitlərin 43 %-ni, müvafiq ssuda
hesablarında aparılmış ən vacib köçürmələrin, silinmələrin isə heç birini ekspert öz Rəyində
göstərməməklə, kredit müqaviləsinin 2.7 maddəsinə əsasən borc qalığının tədqiqini müvafiq ssuda
hesablarından çıxarışlara görə deyil, bankın təsiri və hakimin sifarişi ilə cari-təsərrüfat hesabından
çıxarış sənədlərinə görə tədqiq etmişdir!!!...
Bir sözlə “Azər-Kuban” MMC yə ayrılmış 2 milyon manat kredit üçün 17.02.2023-cü il tarixli
ekspert tədqiqatı üzrə ekspertiza tədqiqatının yalnız əsli bankın möhürü ilə təsdiq edilmiş ödəniş
sənədləri üzrə aparılacağı göstərildiyi bir halda, əslləri bankın möhürü ilə təsdiq edilmiş 2023547
manatlıq (cari, ssuda, nəğd, sərəncamla) ödəniş sənədlərindəki aparılmış məbləğləri ekspert tərtib
etdiyi natamam Rəyində nəzərə almamışdır!!!...
Belə ki, “Bank of Baku” ASC-nin hər ayın 1-dən 3-dək Mərkəzi Bankın Kredit Reyesteri
Xidmətinə verdiyi icbari hesabatlarda Mərkəzi Bankın “Mərkəzləşdirilmiş Kredit Reyestri
haqqında” Qaydaların 2.1, 2.5, 3.1, 5.1, 6.1, 6.4, 6.6 maddələrini və “Kredit Bürosu haqqında”
Azərbaycan Respublikasının Qanunun 16-cı, 17-ci, 18-ci, 22-ci və 22.5-ci maddələrini kobud
surətdə pozmuşdur. Sonuncu ödəniş müddətlərinin bankın müxtəlif tarixlərdə verdiyi hesabatlarda
göstərilməsi bir daha onu sübut edir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 02.06.2015-ci
il tarixli “Qüvvəsini almış” qətnaməsindən əvvəlki və sonrakı ödənişlərin 70%-dən çoxunun əslləri
bankın ştamp əksi ilə təsdiq edilsə də, bu ödənişlər 17.02.2023-cü il tarixli No9/7970 saylı
natamam, ziddiyyətli, Ekspert Rəyində göstərilməmişdir.
Hazırda 17.02.2023-cü il tarixli No9/7970 saylı Ekspert Rəyindən və həmin ekspertin
əməlindən Bakı İnzibati Məhkəməsinə eləcə də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət
də verilmişdir. İş hazırda adiyatı üzrə baxışda və araşdırmadadır.
Eyni ekspertiza Mərkəzində, eyni iqtisadi ekspertiza şöbəsində, eyni ekspertlərin eyni
metodla tədqiqi zamanı verilmiş ilkin, təkrar, əlavə, komission məhkəmə mühasibatlıq
ekspertizalarının eyni məzmunlu Rəylərində bu ziddiyyətlər ətraflı araşdırılaraq obyektiv Rəy
verilməsinə baxmayaraq, məruzəçi hakim Aidə Hüseyn qətnamə çıxararkən 17.02.2023-cü il tarixli
sonuncu natamam, ziddiyyətlərlə dolu olan No9/7970 saylı Rəyini “mötəbər sənəd kimi” əsas
5
tutaraq, iclas protokolları saxtalaşdırılmış heç bir araşdırması, məhkəmə mühasibatlıq ekspertizası
keçirilməyən, iclas protokolları saxtalaşdırılmış 1-ci instansiya məhkəməsinin 02.06.2015-ci il
tarixli 8 il əvvəl çıxarılmış, 8 il ərzində isə bankın hesabımızdan borc adı ilə sildiyi məbləğləri
nəzərə almayan natamam, zidiyyətlərlə dolu olan qətnaməsini qüvvəsində saxlamışdır.
İş hazırda Nəsimi rayon icra şöbəsində ipotekada olan mülkümüzə yönəldilmişdir.
“Bank of Baku” ASC isə məhkəmə Ekspertiza Mərkəzində ekperti ələ aldığı kimi də adını
gah “Sərraf M”, gah “Sərraf No”, gah “Sərraf .......” kimi çaşqınlıq yaradan “Sərraf M”
qiymətləndirmə firması ilə sövdələşərək ipotekada olan mülkümüzü 13 il əvvəl girov götürülərkən
qoyulmuş qiymətdən də 4 dəfə aşağı qiymətə saxtalaşdırılaraq, ipotekada olan mülkü “Sərraf M”
firmasının əli ilə dəyərindən 8 dəfə aşağı qiymətə saxta Rəy əldə edərək, bankın hesabımızdan
1530480,24 manat vəsaitimizi özbaşına, sərəncamsız mənimsədiyi halda ipotekada olan 173
nəfərdən çox işçisi olan mülkümüzü də əlimizdən almaq üçün hər vasitəyə əl atırlar.
Hansı ki, həmin ipotekada olan mülk 13 il ərzində tikinti, təmir, abadlıq işləri aparılmış,
yeni obyektlər açılıb, icarəyə verilən, fəaliyyətdə olan gəlir gətirən bir obyektə çevrilmişdir.
Lakin, “Sərraf M” qiymətləndirici şirkəti şəxsi marağı xatirinə “Bank of Baku” ASC-nin
sifarişi ilə Azərbaycan Respublikasının Qanunlarını pozaraq verdiyi saxta Qiymətləndirmə Rəyi
versə də, həmin Rəydən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət verilmişdir.
İcra zamanı “Borcalanlar” həmin borc məbləğlərinin tam ödənildiyini sübut edən, əslləri
bankın möhürü və ştamp əksi ilə təsdiq edilmiş ödəniş sənədlərini icra məmurlarına təqdim
etmələrinə baxmayaraq əllərində “qüvvəsin almış məhkəmə qətnaməsinin” olduğunu bildirərək
ərizələrimizə, təqdim etdiyimiz ödəniş sənədlərinə əhəmiyyət verilməmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun “icra haqqında”
Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10.10.2017-ci il tarixli
Qərarını əsas tutaraq, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə
qoyulan bir sıra vəzifələr (məsələn qətnamədəki yanlışlıqlar və ya açıq hesab səhvlərinin
düzəldilməsi, əlavə qətnamə çıxarılması (MPM maddə 228, 229, 230 maddələrinə uyğun
məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının keçirilməsinə xidmət
göstərmək məqsədi ilə Bakı Apelliyasiya Məhkəməsinin məruzəçi hakimi Aidə Hüseynə
qətnamədəki yanlışlıqlar və açıq hesab səhvləri ilə bağlı ərizə ilə müraciət edilmişdir. Hakim Aidə
Hüseyn isə AR MPM-nin 420-ci maddəsini kobud surətdə dəfələrlə pozduğu kimi də Konstitusiya
Məhkəməsinin Plenumunun “İcra haqqında” Qanunun 20-ci maddəsinə dair 10.10.2017-ci il
tarixli Qərarına da məhəl qoymadan 18.01.2024-cü il tarixli 2-2(103)-10/2023 və 30.01.2024 –cü il
tarixli 2-2(103)-10/2023 saylı Qərardadla ərizələrimizi rədd etmişdir.
Məcbur olub, Nəsimi rayon Məhkəməsinə icra məmurunun isə hərəkətlərindən şikayət
etdik. Nəsimi rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyev icra məmuru iclasa gəlmədiyi bir
halda, bankın isə üçüncü şəxs kimi iclasda şifahi çıxışını əsas tutaraq heç bir araşdırma aparmadan
ziyanımıza qərar çıxarmışdır. Nəsimi rayon Məhkəməsinin çıxardığı bu Qərardan Apelliyasiya
şikayət vermişdik. Bakı Apelliyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 15.03.2024-cü il
tarixli 8 (006)-55/2024 saylı qərardadını (hakim Ceyhun Tağıyev) ləğv edərək işi adiyatı üzrə icra
6
sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətsizliyindən tərəfimizdən verilmiş şikayətə
baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. .
Beləliklə də Ekspertiza tədqiqatın düzgün aparılmamasının ucbatınından bankın
“Borcalana” 3 (üç) ekspert, 1 (bir) Audit Rəyinə görə heç bir borc öhdəliyi qalmadığı, əksinə
bankın hesabımızdan 1530384,24 manat vəsaitimizi özbaşına mənimsəyərək borcu olduğu təsdiq
edildiyi bir halda, Ekspertiza Mərkəzinin eyni şöbəsində eyni tədqiqat növü ilə, eyni sual üzrə
əvvəllər verilmiş 3 (üç) eyni məzmunlu ekspert Rəyinə zidd olan, 9/7970 saylı 17.02.2023-cü il
tarixində 1539304,43 manat borcumuzun olduğu barədə ziddiyyətli Ekspert Rəyi vermişdir.
Odur ki, “Bank of Baku” ASC-nin məhkəmə ekspert ilə, hakim Aidə Hüseynlə
Qiymətləndirici “Sərraf M” birləşərək “Azər-Kuban” MMC-nin barəsində törətdiyi bu qanunsuz
əməllərinə Qanunlarımızın Aliliyi səviyyəsində hüquqi qiymət verilməsi, göstərilən mötəbər
sübutların araşdırılaraq Qanunlarımızı pozan hər hansı tərəflərin layiq olduqları haqlarına
çatdırılması üçün Sizdən
Xahiş edirik
1. Məhkəmə qərarı ilə keçirilmiş ilkin, təkrar, əlavə komission məhkəmə mühasibatlıq
ekspertizalarının tədqiqi zamanı “Bank of Baku” ASC-nin əməlində aşkat edilmiş cinayət əməli ilə
bağlı Bakı Apelliyasiya Məhkəməsinin çıxardığı 11.09.2017-ci il tarixli 2-1(103)-08/2017 saylı
çıxarılmış xüsusi Qərardadın icra edilməsi ilə bağlı xüsusi tapşırığın verilməsini və bu qərardadın
icrasının xüsusi nəzarətə götürülməsini,
2. Məhkəmə aktları ilə hüquqi qiymət verilməmiş və həmin aktlarda olan Məhkəmə
Eekspertiza Mərkəzi tərəfindən Rəy verilərəkən nəzərə alınmamış, 1 saylı Bakı İnzibati-İqtisadi
Məhkəməsinin No2-81-32/2015 saylı 02.06.2015-ci il tarixli qətnaməsi qəbul edilənədək və qəbul
edildikdən sonra əslləri bankın möhürü və imzası ilə təsdiq edilmiş ödənişlərə əsasən silinən,
köçürülən və banka nəğd ödənilən vəsaitlərin həcminin adiyatı, xüsusi biliyə malik mütəxəssislər
tərəfindən müəyyən edilməsi üçün hazırkı sübutlar əsasında Ali Məhkəmənin 2-ci və 3-cü
kasassiya baxışı zamanı çıxarılmış qərarlarında xüsusi tapşırıqlarına əsasən təkrar kompleks
məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə araşdırmanın davam etdirliməsinə göstəriş
verilməsini,
3. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində eyni mövzuda, eyni şöbədə, eyni
tədqiqat metodu ilə əvvəllər məhkəmə qərarları ilə aparılmış ilkin, əlavə, təkrar, komission
məhkəmə mühasibatlıq ekspertizalarının eyni məzmunlu Rəylərində “Bank of Baku”ASC-nin
“Azər-Kuiban” MMC-nin hesabından özbaşına artıq silinmələr aparması və bununla bağlı 1-ci
apelliyasiya baxışı zamanı bankın əməlində cinayət halı aşkar edildiyinə görə iş materiallarının
surəti 11.09.2017-ci il tarixli xüsusi qərardadla Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə
göndərildiyi, Ali Məhkəmənin 2-ci və 3-cü kasassiya baxışları zamanı əlavə kompleks
məhkəmə mühasibatlıq ekspertizası keçirmək üzrə verdikləri xüsusi tapşırıqların icrası
əvəzinə hakim Aidə Hüseynin xarici Audit qarşısında qoyduğu 18 sualın 17-sini ləğv edərək
ekspert qarşısında cəmi 1 sual qoyub, ilkin ekspertiza səviyyəsində keçirilən ekspertiza zamanı
əldə etdiyi “mötəbər sənəd kimi” söykəndiyi yalnız 17.02.2023-cü il tarixli 9/7970 saylı natamam
ekspert Rəyi ilə Eyni Ekspertiza Mərkəzinin bu işlə bağlı eyni məzmunlu verilmiş 3 ekspert Rəyi
arasında yaranmış ziddiyyət və saxtakarlığın aşkar edilməsini,
4. Ekspertə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə
tutulmuş məsuliyyət, “Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanunun 10-cu maddəsinə əsasən, eləcə də AR MPM-nin 63 və 100-cü maddələri ilə hüquq və
vəzifələri izah edildiyi təqdirdə eyni Ekspertiza Mərkəzinin eyni mövzu üzrə, eyni şöbəsində, eyni
tədqiqat metodu ilə aparılmış tədqiqatın əvvəlki 3 ekspert Rəylərinin nəticələri ilə sonuncu
17.02.2023-cü il tarixli No9/7970 saylı verilmiş Ekspert Rəyi arasında yaranmış kəskin fərqin və
ziddiyyətin aydınlaşdırılaraq bilə-bilə yalan Rəy vermiş Ekspertin barəsində Qanunlarımızın
Aliliyi çərçivəsində layiq olduğu haqqına çatdırılmasını Sizlərdən xahiş edirik.
5. Xahişimizdə göstərilən halların obyektiv araşdırılması üçün adiyatı orqanlara xüsusi
tapşırığının verilməsini və həmin orqanların adiyatı üzrə cavablandırılarkən tək müraciət edən
müəllifə (bizə) deyil, həm də adiyatı orqanların Rəhbərliyinə də işin nəticələri barədə məlumat
verilməsinin tələb edilməsini göstərməklərini bir daha Sizdən səmimi olaraq xahiş edirik.
Çox böyük ümüd və səmimi hörmətlə
Sahibkar: Səyyad Əsgərov