Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri işdən çıxarıldı
Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze vəzifəsindən azad edilib.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncam Gürcüstanın baş naziri İrakli Kobaxidze tərəfindən imzalanıb.
Qeyd olunub ki, Şalva Lomidze 2021-ci ildən Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.