azfakt.az
http://azfakt.az

“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır”

20-11-2024, 17:38 Baxılıb: 0

bir-usagin-illik-mektebeqeder-tehsil-xerci-4200-manatdir


“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manata başa gəlir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 

“Məktəbəqədər təhsil müəssisələrində əlçatanlıq məsələsini son 3 ildə 16%-dən 40%-ə çatdırmışıq. Bizə ayrılan büdcə vəsaitinin böyük hissəsi məhz məktəbəqədər təhsil hissəsinin artırılmasına yönəlir. 

Ölkədə hər il 120 min uşaq doğulur. Yəni biz 1 yaşı saymasaq, yarım milyon uşağı məktəbəqədər təhsilə yönəltmək istəsək, cari ildə xərclərimiz 2 milyard manat olar. Əgər bu realdırsa, biz bu söhbəti davam etdirə bilərik. Lakin bu məsələdə reallıq görmürüksə, həmişə alternativ modellərdən danışacağıq. Yəni bu kifayət qədər böyük xərclərdir. Nazirlik hazırda məktəbəqədər təhsilin əhatəliyini artırmaq məqsədilə məhz həmin alternativ modellər üzərində işləyir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930