Bayden Trampdan Ukraynaya yardımı davam etdirməsini istəyəcək
ABŞ-nin hazırkı lideri Co Bayden Ağ Evdəki görüşdə yeni seçilmiş prezident Donald Trampdan Ukraynaya hərbi yardımı davam etdirməyi xahiş edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinadən məlumat yayıb.
“Bayden Trampı hakimiyyətin keçidinin təfərrüatlarını müzakirə etmək üçün çərşənbə günü, noyabrın 13-də görüşə dəvət etdi. Onun respublikaçı ilə ABŞ-nin niyə Ukraynadan əl çəkməməli və onu maliyyələşdirməyə davam etməli olduğunu müzakirə edəcəyi gözlənilir”, - nəşr yazır.