İstanbulun bu hava limanında bəzi uçuşlar ləğv olundu
İstanbulda Sabiha Gökçen hava limanında sabah həyata keçirilməsi planlaşdırılan uçuşların bəziləri ləğv olunub.
Sabiha Gökçen hava limanı açıqlama yayıb.
“Sabiha Gökçen hava limanında gözlənilən mənfi meteoroloji şərtlərlə əlaqədar olaraq, sabah saat 15:00-a qədər uçuşların yüzdə 10-u Baş İdarənin qərarı ilə ləğv ediləcək”, - açıqlamada qeyd olunub.
Sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkətin internet saytından və zəng mərkəzlərindən izləmələri tövsiyə edilib.