Rusiya Qafanda Baş Konsulluq açmasını razılaşdırdı
Rusiya yaxın gələcəkdə xaricdəki diplomatik mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, iki səfirlik və beş baş konsulluğun açılması ilə bağlı qərarlar artıq dövlətlərlə razılaşdırılıb: "Burkina Faso və Ekvatorial Qvineyada səfirliklər, Ermənistan, Qazaxıstan, Özbəkistan, İndoneziya və Maldiv adalarında baş konsulluqlar açılacaq".
Rusiya Federasiyasının Qafandakı Baş Konsulluğu Ermənistanda ikinci olacaq.