Bakıda DƏHŞƏT: vintaçanla kişinin qarnını deşdi
Noyabrın 29-da saat 23 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Ağsu rayon sakini olan bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə münaqişə zəminində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 27 yaşlı C.Osmanov müəyyən olunaraq saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, C. Osmanov zərərçəkən T. Əhmədovun qarın nahiyəsinə vintaçanla xəsarət yetirib.
Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.