Anasını bıçaqlayan şəxs saxlanılıb
Ağdaşda anasını bıçaqlayan şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
Trend xəbər verir ki, 2006-cı il təvəllüdlü K.H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb.
Daha sonra o, anasını xəstəxanaya çatdırıb.
Faktla bağlı araşdırma aparılır.