Samuxda toyda qonaq bıçaqlandı
Samuxda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Samux RPŞ-yə rayondakı şadlıq saraylarının birində Gəncə sakini 1992-ci il təvəllüdlü Fazil Əhmədovun kəsici-deşici alətlə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
O bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib: “İlkin araşdırmalar nəticəsində vətəndaşa şəxsi münasibətlər zəminində mübahisə edərək xəsarət yetirən şəxsin 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərhad Rəcəbov olması müəyyən edilib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir”.