İsrail Livanda quru əməliyyatı keçirəcək
İsrail Livanda “Hizbullah”ın yaraqlı qruplarına qarşı quru əməliyyatı keçirəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.
“Biz dayanmırıq, döyüşçülər bütün günü zərbələr endirir, manevrə hazırlaşırıq”, - Baş Qərargah rəisi vurğulayıb.
Onun sözlərinə görə, əməliyyatın məqsədi “Hizbullah” yaraqlılarının yeraltı infrastrukturu, cəmləşmə məntəqələri və atış məntəqələri ilə əvvəlcədən hazırlanmış mövqelərdən zərbələr endirməkdə davam etdiyi İsrail dövlətini və onun vətəndaşlarını qorumaqdır.