azfakt.az
http://azfakt.az

Durovun pasportları əlindən alındı

29-08-2024, 20:00 Baxılıb: 2


durovun-pasportlari-elinden-alindi

Paris məhkəməsi teleqramın təsisçisi Pavel Durovun bütün pasportlarını götürüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Paris və Nitsanın Vəkillər Kollegiyasının üzvü İrina Sidorova açıqlayıb.
“Durovun üzərində olan bütün pasportlar istintaq fəaliyyəti dövrü üçün götürülüb. Bu isə o deməkdir ki, sahibkar dəniz, hava və yaxud quru yolu ilə Fransanı tərk edə bilməz”, - deyə Sidorova qeyd edib.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

“O, 5 milyon avro məbləğində girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və ona Fransa ərazisini tərk etmək qadağan edilib”, - prokurorluğun açıqlamasında bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930