azfakt.az
http://azfakt.az

“Satqın general” Ermənistanda nazirin müşaviri oldu – “Vardanyan bütün silahları gözəl şəkildə Azərbaycana təhvil verib”

2-08-2024, 19:35 Baxılıb: 4


Ermənistanda Qarabağdan gedən ermənilərə münasibət birmənalı olmasa da, onların bəziləri yüksək vəzifələrə təyin edilirlər.
“AzPolitika” xəbər verir ki, “Joxovurd” qəzetinin məlumatına görə, Qarabağdakı sabiq qondarma separatçı rejimin son “müdafiə naziri” Kamo Vardanyan Ermənistan Respublikasının Müdafiə naziri Suren Papikyanın müşaviri təyin edilib. Bu məlumatı nəşrə Vardanyan özü də təsdiqləyib.
Qəzet yayımladığı məlumatda həmçinin, Vardanyanı açıq-aşkar “satqınlıqda” günahlandırır: “Xatırlatmaq istərdik ki, 2020-ci il müharibəsinin başa çatmasından bir il sonra, Arayik Arutyunyanın 11 sentyabr tarixli fərmanı ilə general-mayor Kamo Vardanyan “artsax”ın “müdafiə naziri” – “müdafiə ordusunun komandanı” təyin edildi, “artsax” təslim olanda o, nazir idi. Üstəlik, “artsax”ın təslim olmasından əvvəl Kamo Vardanyan da “respublikanın” bütün silahlarını gözəl şəkildə Azərbaycana təhvil verib və ola bilsin ki, vətənin, silahın düşmənə təslim edilməsinin öz qiyməti var idi. Kamo Vardanyan və Samvel Şahramanyan eyni təyyarədə “artsax”dan qayıdıblar və Sisiana eniblər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930