azfakt.az
http://azfakt.az

Kanada mətbuatı Vardanyanı ifşa etdi

7-06-2024, 20:10 Baxılıb: 0

Kanada mətbuatı Vardanyanı ifşa etdi 

Ruben Vardanyan Qarabağda erməni terrorçularının Azərbaycana qarşı müqavimətinin əsas maliyyə donoru olub.

Bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Kanadanın nüfuzlu “Thej.ca” nəşrində dərc olunmuş “Ukrayna Ruben Vardanyana qarşı niyə sanksiyalar tətbiq etdi?” sərlövhəli məqaləsində yazıb. Qeyd olunub ki, Qarabağdakı separatçı rejimdə “dövlət naziri” olmuş Vardanyan Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, Azərbaycana qarşı terrorçuluğu maliyyələşdirməkdə, beynəlxalq sərhədləri qanunsuz keçməkdə, Ermənistanla Azərbaycan arasında sülh prosesini sabotaj etməkdə, Azərbaycana qarşı erməni terror təşkilatları ilə qarşılıqlı əlaqədə ittiham olunur.

Son aylar mediada Vardanyanın adının əsasən Qarabağ və həbs kontekstində hallandığına diqqət çəkən müəllif erməni separatçısının uzun müddət beynəlxalq münaqişələrdə separatçılara dəstək göstərdiyini də vurğulayıb. Belə ki Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma başladıqdan sonra Ukrayna tərəfi Vardanyana qarşı sanksiyalar tətbiq edərək barəsində axtarış elan edib. Erməni milyarder İran silahlarının Rusiyaya satışında əsas vasitəçilərdən olub. Eyni zamanda, diqqətə çatdırılıb ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən Qərbin sonuncuya qarşı təzyiqlərə başlamasından sonra Vardanyan Rusiyanı tərk edərək bu ölkənin vətəndaşlığından imtina edib.

Sabiq nazir yazısının sonunda bildirib: “Düşünürəm ki, Vardanyanın Qərbin sanksiyalarına məruz qalan şəxslər siyahısına salınmasın səbəbi ilə bağlı sualınıza artıq cavab tapdınız. Bu adamın həm Ermənistanda, həm də Tehranda Rusiyanı Ukrayna ilə münaqişədə dəstəkləyən Kreml tərəfdarları ilə əlaqələri var. O, həmçinin yüksəkrütbəli məmurların pullarının yuyulmasını təmin edib. Özünün bəxtsizliyindən, Ukraynanın bəxtindən isə Vardanyan hazırda Azərbaycanda həbsdədir”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

//www.thej.ca/2024/05/31/why-ukraine-sanctioned-ruben-vardanyan/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930