AFFA bu klubu bütün yarışlardan uzaqlaşdırdı
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
2 saat davam edən müzakirələrdən sonra qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında “İrəvan”la bağlı yekun qərarın verildiyini deyib:
“İrəvan” komandası AFFA bayrağı altında təşkil edilən bütün yarışlardan uzaqlaşdırıldı. Əsas səbəblərdən biri maliyyə ilə bağlı olan qeyri-stabillik və danışılmış oyunlardır. Onların 8 futbolçusunun adı bu məsələdə hallanırdı. Adıçəkilən klubun əvəzinə hansı komandanın olacağına gəldikdə isə, PFL-lə birlikdə danışıqlar aparılacaq və yaxın zamanlarda açıqlama veriləcək”.