azfakt.az
http://azfakt.az

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır

19-01-2024, 21:03 Baxılıb: 2

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün ikinci hissəsi başlamaq üzrədir.
Ölkə çempionatında 4 həftəlik qış fasiləsi yanvarın 21-də XIX turun açılış oyunu ilə başa çatacaq.

Elita təmsilçiləri 28 günlük fasilə dövründə fərqli məkanlarda hazırlıq keçiblər.

Lider “Qarabağ” Bakıdakı toplanış müddətində cəmi iki yoxlama oyununda qüvvəsini sınayıb. Əvəzedici komandasına 7:2 hesabı ilə qalib gələn ağdamlılar “Zirə”nin qapısından 4 cavabsız top keçirib. Qurban Qurbanovun komandası qış transfer pəncərəsində hələlik ciddi fəallıq nümayiş etdirmir. Yalnız “Sabah”dan Aleksey İsayevi heyətinə qatan “köhlən atlar” müdafiəçi Rahil Məmmədovla yollarını ayırıb. 29 yaşlı oyunçu Polşanın LSK (Lodz) komandası ilə anlaşıb. Bununla belə, “Qarabağ” cari mövsüm də çempionluğun bir nömrəli favoriti hesab olunur.

Mövsümə yaxşı başlasa da, sonradan bəzi matçlarda xallar itirən “Zirə” də bu qış ölkə xaricinə üz tutmayan komandalardan biridir. Çempionatın qalan hissəsinə paytaxtda hazırlaşan Rəşad Sadıqovun kollektivi ilk sınaq matçında “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlsə də, sonuncu oyunda “Qarabağ”a böyük hesabla uduzub. Bakı təmsilçisi qış transfer dövründə “Sabah”dan 22 yaşlı yarımmüdafiəçi Ceyhun Nuriyev və “Qəbələ”nin sabiq vingeri Rafael Utziqlə müqavilə bağlayıb, əvəzində isə Andriya Lukoviçlə yollarını ayırıb.

Mövsümün ilk yarısında qeyri-sabit çıxışı ilə diqqət çəkən “Neftçi” çempionatın qalan hissəsinə yeni baş məşqçinin rəhbərliyi altında Türkiyənin Antalya bölgəsində hazırlaşıb. Adrian Mutunun gedişindən sonra Miodraq Bojoviçə həvalə olunan komanda qardaş ölkədəki yoxlama oyunlarında I Liqa təmsilçisi “Ərzurumspor”a 1:3, Almaniyanın III Liqa klubu “Valdhof”a isə 0:2 hesabı ilə məğlub olub. Hazırda 28 xalla üçüncü pillədə qərarlaşan “ağ-qaralar” hələlik heyətini bir futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi son klubu Bolqarıstan “Lokomotiv”i olan Syerra-Leone millisinin yarımmüdafiəçisi Alfa Konteni heyətinə cəlb edib.

Bu mövsüm uğurlu qrafik cızan “Sumqayıt” da qış hazırlığını Türkiyədə keçib. Antalyadakı sınaq matçlarında Rumıniya "Hermanştadt”ı ilə qolsuz sülhə razılaşan “gənclik şəhəri” təmsilçisi Özbəkistanın "Soqdiana" klubuna isə qalib gəlib - 3:1. Transfer pəncərəsi açıldıqdan sonra yeni oyunçu almayan sumqayıtlıların sırasını hələlik heç bir futbolçu tərk etməyib.

Mövsümün ilk yarısında sürpriz nəticələrə imza atan “Səbail” də qış toplanışı üçün Türkiyəni seçmişdi. Antalyadakı hazırlıq prosesində Şahin Diniyev komandasını iki yoxlama görüşündə sınayıb. İlk qarşılaşmada Rumıniyanın “Universitatya Kluj” komandası ilə qolsuz heç-heçə edən “dənizçilər” növbəti matçda Rusiya Premyer Liqasında mübarizə aparan “Fakel”lə bacarmayıb - 0:1. Amil Yunanovu cari mövsümün sonunadək “Kəpəz”ə icarəyə verən Bakı klubu əvəzində Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış etmiş Madi Ketanı heyətinə qatıb.

Ətraflı
Mükafatlar uğrunda yarışan “Araz-Naxçıvan” mövsümün ikinci hissəsinə Bakıda hazırlaşıb. Muxtar respublika təmsilçisi yoxlama oyunlarında “Zirə”yə 1:2, “Qəbələ”yə isə 0:2 hesabı ilə uduzub. Transfer bazarında passiv olan “qırmızı-ağlar” hələlik yalnız “Sabah”dan İldar Alekperovu mövsümün sonunadək icarəyə götürüb.

Cari mövsüm qeyri-sabit oyun sərgiləyən “Turan Tovuz” da qış toplanışında Türkiyəyə üz tutmuşdu. Antalyada üç yoxlama oyununda qüvvəsini sınayan Ayxan Abbasovun komandası qələbə qazana bilməyib. Rumıniya “Voluntari”si ilə Macarıstan "Şiofok"una 0:2, Özbəkistan “Nasaf”ına isə 2:4 hesabı ilə uduzan tovuzlular fasilədə aparıcı cinah müdafiəçisi Sərtan Taşkınla vidalaşıb. Azərbaycan millisinin üzvü Türkiyə I Liqasında çıxış edən “Manisa” klubuna keçib. Əvəzində bölgə klubu heyətini braziliyalı hücumçu Aleks De Souza Alkantara ilə gücləndirib.

Mövsümün əvvəlində çempionluğa əsas namizədlərdən hesab olunan “Sabah” qış fasiləsinə 22 xalla 8-ci pillədə yollanıb. Çempionatın ikinci yarısına Türkiyədə hazırlaşan paytaxt təmsilçisi qardaş ölkədə iki yoxlama görüşü keçirib. Rumıniya “Rapid”inə 2:1 hesabı qalib gələn Murad Musayevin kollektivi növbəti qarşılaşmada Ukrayna təmsilçisi “Vorskla”ya böyük hesabla məğlub olub – 0:3. Qış fasiləsində Ceyhun Nuriyevi “Zirə”yə satan “Sabah” Camal Cəfərovu “Kəpəz”ə və İldar Alekperovu isə icarə əsasında “Araz-Naxçıvan”a göndərib.

Çempionatın autsayderləri “Kəpəz” və “Qəbələ” isə qış hazırlığını ölkə daxilində keçib. İkinci dövrə başa çatmamış baş məşqçi Azər Məmmədovu Adil Şükürovla əvəzləyən Gəncə təmsilçisi yeganə sınaq matçında “Qəbələ”ni 2:1 hesabı ilə üstələyib.

Qış fasiləsində Omar Hani ilə əməkdaşlığa son qoyan və sabiq yarımmüdafiəçisi Klesio Bauku geri qaytaran “Qəbələ” isə doğma məkanda təşkil olunan toplanış müddətində iki yoxlama oyunu keçirib. İlk matçda “Kəpəz”ə uduzan komanda həmin məğlubiyyətin əvəzini növbəti oyunda “Araz-Naxçıvan”dan çıxıb – 2:0.

Qeyd edək ki, Premyer Liqada XIX tura yanvarın 21-də “Sabah






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930