Sabunçu rayon Ramana qəsəbəsində yerləşən 296 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri.
İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
Sabunçu rayon Ramana qəsəbəsində yerləşən 296 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində valideyinlərdə iştirakı ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini bir daha diqqətə çatdıran məktəbin direktoru Vahid Muradov , Cəfərova Mahnur , Fətəliyeva Jalə , Rəcəbova Hicrət , Şükürova Səbirə və başqa müəllimlər məzunları təbrik edərək, onlara öz tövsiyələrini çatdırıblar.
Mərasim şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Qanunedalet.com.az