Bu gün Ramanı Südçülük Sovxozu tam orta məktəbin müəllim heyətinin təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram şənliyi keçirilib.
Şənlikdə məktəbin direktoru Muradov Vahid Bulud oğlu, 2B sinif müəllimi Rəcəbova Hicrət Qafar qızı və şagirdlər iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik süküt elan olundu.
Tədbirdə müəllimlərlə yanaşı, valideynlər və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə xüsusi yer verilib.
Məktəbin direktoru Vahid Muradov çıxış edərək uşaqların bayramını təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb. O, cümlədən də 44 il ömrünü təhsilə, təlim-tərbiyəyə həsr edən Hicrət Rəcəbova çıxışı zamanı bildirib ki, uşaqlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində müxtəlif cür layihələr həyata keçirilir. O, qeyd edib ki, azyaşlıların təhsilə marağı, vətənə sevgi, dövlətə məhəbbəti öyrənilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu siyasət onun layiqli davamçısı prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu sahədə xüsusi əhəmiyyətli proqramlar həyata keçirilir.
Tədbir müxtəlif proqramlarla davam etdirilib. Məktəbin fəal şagirdləri öz bacarıqlarını göstəriblər. Biri birindən gözəl rəqslər edilib, mahnılar oxunub və şeirlər söylənilib. Onların hazırladıqları maraqlı səhnəciklər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda tədbirdə iştirak edən bütün uşaqlara həvəsləndirici hədiyyələr verilib.
Ramanı Südçülük Sovxozu tam ortə məktəbin direktoru Muradov Vahid Bulud oğluna və 2B sinif müəllimi Rəcəbova Hicrət Qafar qızına redaksiyamız adından və ictimaiyyət adından təşəkkür edirik.
Kəmalə Eldarlı
Baş redaktor