Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Moskvanın Basmannı Rayon Məhkəməsi Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun həbs müddətini daha üç ay uzadıb.
Bu gün Basmannı məhkəməsi keçmiş müdafiə nazirinin müavini barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaqın vəsatətinə baxıb.
İclas bağlı qapılar arxasında keçirilib. Məhkəmə həbs müddətini sentyabrın 23-dək uzadıb.
Qeyd edək ki, İvanov bu il aprel ayının 23-də saxlanılıb. O, vəzifə səlahiyyətlərini aşmaqda və külli miqdarda rüşvət almaqda ittiham olunur.