Rusiya müdafiə nazirinin müavinin əmlakına həbs qoyulub
Moskva məhkəməsi müdafiə nazirinin müavini Timur İvanov və onun qohumlarının daşınmaz əmlakına, aktivlərinə və bank hesablarına qarşı müvəqqəti tədbirlər görüb.
Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
"Timur İvanova və həyat yoldaşına, habelə keçmiş arvadına və övladlığa götürülmüş 5 uşağına qeydiyyatda olan hər şey, onun sonradan təqsirli bilindiyi təqdirdə, bütün bu əmlaka paytaxt məhkəməsi tərəfindən müvəqqəti tədbirlər görülməsi üçün artıq həbs qoyulub", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanov iyun ayınadək həbs olunub. İş yerində saxlanılan nazir müavini xüsusən iri həcmdə rüşvət götürməkdə ittiham olunur.
Xatırladaq ki, Timur İvanov 2016-cı ilin may ayında Rusiya müdafiə nazirinin müavini təyin olunub. O, Müdafiə Nazirliyində idarə obyektlərinin tikintisinə və əsaslı təmirinə nəzarət edib. Bundan başqa, İvanov Rusiya Silahlı Qüvvələrinin əmlakının idarə olunması, qoşunlarının yerləşdirilməsi, eləcə də mənzil-məişət və tibbi təminatının təşkilinə cavabdeh olub.
Həbs olunan nazir müavininin ilkin istintaq müddəti ərzində Lefortovo istintaq təcridxanasında saxlanacağı bildirilib.