Ötən il 54 mindən çox nikah bağlanıb
Ölkəmizin iqtisadi tərəqqisi və mülki dövriyyənin artması nəticəsində 5.2 milyon notariat hərəkəti, 290 min vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib.
Bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, nikahların sayı 54 mini, doğum halları 113 mini ötüb:
"Notariuslar tərəfindən aparılan əməliyyatlar nəticəsində, o cümlədən bununla bağlı tutulan vergi üzrə ümumilikdə 75 milyona yaxın vəsait dövlət büdcəsinə köçürülüb.
Nazirliyin əhaliyə təqdim etdiyi elektron və mobil xidmətlərin tətbiqi genişləndirilib, il ərzində e-xidmətlərdən ümumi istifadə sayı 3 milyona, “Mobil notariat” istifadəçilərinin sayı isə 2 dəfə artaraq 900 minə çatıb".