Azərbaycan banklarının nizamnamə kapitalının həcminə görə renkinqi
2023-cü ilin yekunlarına görə, Azərbaycan bankları arasında nizamnamə kapitalının həcminə görə Azərbaycan Beynəlxalq Bankı (ABB) birinci yer tutub.
Trend xəbər verir ki, maliyyə hesabatına görə, hesabat dövründə bankın nizamnamə kapitalının həcmi 1,225 milyard manat olub.
Renkinqdə ikinci yeri 378 milyon manat dəyərində nizamnamə kapitalı ilə Yelo Bank tutub.
Üçüncü yerdə 364,772 milyon manat dəyərində nizamnamə kapitalı ilə Xalq Bank, dördüncü yerdə 354,5 milyon manatla PASHA Bank qərarlaşıb. Beşinci yeri isə 315,8 milyon manat dəyərində nizamnamə kapitalı ilə VTB Bank tutub.
İlk üç bankın nizamnamə kapitalının ümumi həcmi 1,968 milyard manat olmaqla siyahıdakı ilk 10 bankın ümumi nizamnamə kapitalının (3,58 milyard manat) 54,98 faizini, Azərbaycanın bütün banklarının nizamnamə kapitalının ümumi həcminin (4,423 milyard manat) isə 44,5 faizini təşkil edib.
Azərbaycan banklarının nizamnamə kapitalının həcminə görə renkinqi aşağıdakı kimidir:
Banklar | Nizamnamə kapitalı | |
1 | International Bank |
1,225 milyard manat |
2 | Yelo Bank | 378 milyon manat |
3 | Xalq Bank | 364,772 milyon manat |
4 | Pasha Bank | 354,512 milyon manat |
5 | VTB Bank | 315,815 milyon manat |
6 | AccessBank | 270,107 milyon manat |
7 | Kapital Bank | 265,85 milyon manat |
8 | Premium Bank | 154,601 milyon manat |
9 | UniBank | 138,2 milyon manat |
10 | Expressbank | 112,545 milyon manat |
11 | Rabita Bank | 101,3 milyon manat |
12 | Turan Bank | 80,005 milyon manat |
13 | Bank Respublika | 73,961 milyon manat |
14 | Bank Melli Iran | 73,611 milyon manat |
15 | AFB Bank | 70,393 milyon manat |
16 | BTB Bank | 66,45 milyon manat |
17 | ZiraatBank | 65,5 milyon manat |
18 | AzersenayeBank | 60 milyon manat |
19 | YapikrediBank | 55,38 milyon manat |
20 | Bank of Baku | 52,87 milyon manat |
21 | Azer–Turk Bank | 50 milyon manat |
22 | Avrasiya Bank | 50 milyon manat |
23 | Nakhichivan Bank | 43,999 milyon manat |