Elektron nəzarət tətbiq edilən məhkumların sayı açıqlandı
Həyata keçirilən təsirli tədbirlər nəticəsində 2023-cü ildə icrası təmin edilən işlərin sayı 10%-dən çox artaraq 570 minə yaxın sənədin icrasının təmin edilib. Hüquqi və fiziki şəxslərə 1 milyard manata yaxın, o cümlədən, aliment tələbləri üzrə 80 milyon manata qədər vəsait ödətdirilib.
Bu barədə Ədliyyə Nazirliyində 2023-cü ilin yekunlarına həsr olunan geniş kollegiya iclasında bildirilib.
Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq hazırda 5.200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edildiyi bildirilib, dövlətimizin humanist siyasətinin təzahürü olaraq ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə imzalanmış müstəqillik tariximizin ən böyük əfv aktı ilə 801 məhkumun azadlıqdan məhrum etmə və digər cəzalardan azad edildiyi vurğulanıb. Ədliyyə infrastrukturunun müasirləşdirilməsi, o cümlədən məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər qeyd olunub.