qanunedalet.com.az
http://qanunedalet.com.az

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı əhaliyə növbəti çağırış

27-12-2023, 20:36

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı əhaliyə növbəti çağırış

Qızılca xəstəliyinə yoluxan insanların simptomları uşaq və böyüklər üçün eynidir, lakin böyüklər xəstəliyi daha ağır keçirir.

Report xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

O bildirib ki, 40 yaş üzəri insanların vaxtında vurdurduğu peyvəndin üzərindən təxminən 30-40 il keçib, yaxud da bəziləri ümumiyyətlə peyvənd olunmayıb.

A.Əliyeva xatırladıb ki, qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir: “Peyvənd olunmayan hər yaşda insan qızılcaya tutula bilər. Peyvənd iki doza olmaqla 1 və 6 yaşında vurulmalıdır. 6 yaşdan böyük uşaqlar üçün 4 həftə ara verməklə iki doza halında peyvənd vurula bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930