qanunedalet.com.az
http://qanunedalet.com.az

“TikTok”a yeni funksiya gəlir

1-09-2025, 19:43

tiktoka-yeni-funksiya-gelir

“TikTok” birbaşa mesajlaşma (DM) funksiyasını genişləndirir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeniləmə ilə istifadəçilər səsli qeydlər, şəkillər və videolar paylaşa biləcəklər.

Bu dəyişikliklər həm təkbətək, həm də qrup çatlarına şamil ediləcək.

İstifadəçilər birbaşa söhbət ekranından audio yazmaqla 60 saniyəyə qədər səsli qeydlər göndərə biləcəklər. Bir mesajda doqquza qədər foto və ya video paylaşıla bilər.

Daha çox media göndərmək istəyən istifadəçilər sonrakı mesajlarla paylaşmağa davam edə bilərlər.

Qeyd olunur ki, əvvəllər istifadəçilər yalnız mətn, GIF-lər, stikerlər və “TikTok” məzmunu göndərə bilirdilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930