qanunedalet.com.az
http://qanunedalet.com.az

Yığmamız Avropa çempionatına bu heyətlə yollanacaq

1-09-2025, 19:50

yigmamiz-avropa-cempionatina-bu-heyetle-yollanacaq

Sentyabrın 4-dən 7-dək Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Yarışda Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.

Oğlanlar

-60 kq
Nihad Məmişov
Fərid Qarayev

-66 kq
Məhəmməd Musayev
Nizami İmranov

-73 kq
Əbil Yusubov

-81 kq
Süleyman Şükürov
Ətraflı

-90 kq
Aslan Kotsoyev

-100 kq
Davud Namazlı

+100 kq
Ramazan Əhmədov

Qızlar

-48 kq
Fəridə Mirzəyeva

-52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva 

+78 kq
Nigar Süleymanova

Qarışıq komanda yarışı

-63 kq
Nilgün Rzayeva






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930