qanunedalet.com.az
http://qanunedalet.com.az

2801 abonentin qazı kəsiləcək

Dünən, 19:03

2801-abonentin-qazi-kesilecek

Şirvan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, diametri 159 mm-lik “Şəhər daşıyıcı” orta təzyiqli qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 26.08.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhərinin bir hissəsində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Ümumilikdə şəhərin F.Xoyski, Ç.Mustafayev, Şəhriyar, Ə.Kürçaylı, Ü.Hacıbəyov, Heyranxanım, Bül-bül, Əzizbəyov, N.Tusi, Rəsul Rza, M.Maqomayev, Xaqani, Natəvan, Əcəmi, F.Cavadov, Ş.Qurbanov, Nəsimi küçələrində, həmçinin 20 Yanvar küçəsində yerləşən 16, 17, 17 A bina, T.İsmayılov küçəsində yerləşən 1, 5, 17, 19 binalarında yaşayan 2801 abonentin qaz təchizatı dayandırılacaq. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031