qanunedalet.com.az
http://qanunedalet.com.az

684 mini ələ keçirən şirkət rəhbərinə - 10 il həbs verildi

8-09-2025, 19:35

684-mini-ele-keciren-sirket-rehberine

684 min manatlıq dələduzluqda ittiham olunan “Amal+A” MMC-nin direktoru Nadir Quliyevin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinatyətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə iş adamına 10 il həbs cəzası verilib.

Qeyd edək ki, N.Quliyevin işi üzrə 10 nəfər zərərçəkmiş qismində tanınıb. O, müxtəlif vədlərlə həmin şəxslərin ümumilikdə 684 min manatını ələ keçirib.

Təqsirləndirilən şəxs özünün də başqaları tərəfindən aldadıldığını və 672 min manat alacağının olduğunu, həmin pulu geri alacağı təqdirdə vurduğu zərəri ödəyə biləcəyini deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930