Abşeronda 54 yaşlı kişi qətlə yetirildi
Abşeron rayonu Saray qəsəbəsi ərazisində 54 yaşlı kişi qətlə yetirilib.
Bu barədə rayon prokurorluğu məlumat yayıb.
53 yaşlı Vüqar Abuzərovun bıçaqla xəsarət yetirərək Adil İmambaxışovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.