HƏMAS İsraillə danışıqları dondurdu
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında qalan girovların azad edilməsi ilə bağlı İsraillə danışıqları dondurub.
TASS xəbər verir ki, qərar qruplaşmanın liderlərindən olan Saleh Əl-Arurinin Beyrut ətrafında öldürülməsindən sonra verilib.
HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Hanian Aruri qətli “terror aktı”, Livanın suverenliyinin pozulması və İsrailin fələstinlilərə qarşı düşmənçiliyinin qızışdırılması kimi qiymətləndirib.