"Qəzza zolağında 1400-dən çox insan dağıntılar altındadır" - BMT
İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən Qəzza zolağının atəşə tutulmasından sonra 800-dən çoxu uşaq olmaqla 1400-dən çox insan dağıntılar altında qalıb.
Bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.
"Hər iki tərəfdən çoxlu sayda mülki şəxs, o cümlədən uşaqlar münaqişənin qurbanı olub. Və heç nə dəyişməsə, yaxın günlərdə davam edən bombardmanlar səbəbindən daha çox dinc sakin ölüm astanasında olacaq. İnsanlıq hər şeydən əvvəl olmalıdır", - rəsmi vurğulayıb.
O xatırladıb ki, son məlumatlara görə, oktyabrın 7-dən sonra münaqişə qızışandan sonra Qəzzada beş mindən çox insan həlak olub, onlardan iki mini uşaq olub. Öz növbəsində, HƏMAS-ın qurbanı olan israillilərin sayı 1300 nəfəri ötüb.
Türk ayrı-ayrılıqda münaqişənin hər iki tərəfinin beynəlxalq hüququ pozduğunu vurğulayıb.