Naxçıvanda generalın məhkəməsi keçirilir
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
Məhkəmə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilir.
Təqsirləndirilən şəxs Tofiq Həsənov məhkəməyə onlayn qaydada qatılıb. Prosesdə şahidlər dindirilir.