azfakt.az
http://azfakt.az

Şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yayan hərbçilər üçün inzibati cəza müəyyənləşir

19-12-2023, 14:52 Baxılıb: 0

Şəxsi heyət və texnikanın hərəkəti haqqında məlumatları yayan hərbçilər üçün inzibati cəza müəyyənləşir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayan hərbi qulluqçular üçün inzibati cəza müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi təklif edilən yeni -614-1 maddəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qeyd: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikanın hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına yuxarıdakı maddənin qüvvəsi şamil edilmir.

Yuxarıda göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930