azfakt.az
http://azfakt.az

Bağça müəllimlərinin təhsil qaydası dəyişəcək - Nazir AÇIQLADI

11-12-2023, 12:26 Baxılıb: 0

Bağça müəllimlərinin təhsil qaydası dəyişəcək - Nazir AÇIQLADI


Orta təhsilli 20 yaşlı bir xanımı sadəcə olaraq işlə təmin etmək üçün məktəbəqədər təhsilə götürmək olmaz. Bizim az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, biz adi orta məktəb attestatı kvalifikasiyası ilə uşaqları inkişafını təmin edə bilmərik.

“Yenə deyirəm, mənim o insanların şəxsiyyəti ilə işim yoxdur. Məsələnin ancaq peşəkarlıq tərəfindən danışırıq. Çünki bu, olduqca vacib sahədir. Burada bizim mövqeyimiz kimisə qınamaq, pis vəziyyətdə qoymaq deyil.

Uzun müddət biz məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Biz artıq ibtidai təhsil üçün uzun müddətdir orta təhsilli müəllimlər hazırlamırıq. Yəqin, eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq.

İndiyə qədər kim çalışırsa, işini davam etdirəcək. Onlara daha çox təhsil vermək və inkişaf etdirmək işimizin bir parçası olacaq. Amma növbəti mərhələlərdə məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislərin minimum bakalavr pilləsində hazırlanmasına nail olmalıyıq. Qısa müddətdə bununla bağlı dəyişiklikləri diqqətinizə çatdıracağıq”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, digər qonaqlar, beynəxalq ekspertlər iştirak edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930