azfakt.az
http://azfakt.az

ŞƏRƏFLİ PEŞƏ SAHİBLƏRİ!!!

14-09-2023, 22:53 Baxılıb: 53

 

Sumqayıtda evdə fərdi təhsil məktəbin direktoru Vladim İbrahimov: İnsanı öz halal zəhməti hesabına yaşadan və ucaldan hər bir peşə şərəflidir, hər bir peşə sahibi də hörmətə layiqdir. Lakin dünyada bir peşə var ki, o peşənin sahibləri hər bir cəmiyyətin, hər bir fərdin həyatında əlahiddə rol oynayır, insanların mənəvi və əqli inkişaf səviyyəsini müəyyən edir, yetkin bir vətəndaşa çevrilməsinə töhfə verirlər. Söhbət, əlbəttə ki, müəllimlərdən gedir!


Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. "Mən dünyada müəllimdən yüksək ad tanımıram” söyləyən ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə, təhsil işçilərinə xüsusi ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayıb, bu müqəddəs peşə sahiblərinin qayğısına qalıb, hər fürsət düşdükcə öz müəllimləri ilə görüşərək onlara səmimi minnətdarlığını ifadə edib. Ulu öndər qeyd edirdi ki, hər birimiz tutduğumuz mövqedən, hansı məslək və peşə sahibi olmağımızdan asılı olmayaraq, bütün nailiyyətlərimizə görə, ilk növbədə məktəbə və müəllimə borcluyuq.


Heydər Əliyevi yaxından tanıyanlar çox yaxşı bilirlər ki, Ulu öndər dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimlərimizə özünün əsl silahdaşları kimi baxırdı. Əslində, ölkəmizin və millətimizin ən böyük müəllimi də elə Heydər Əliyevin özü idi. Onun bioqrafiyasını araşdıran bir çox tanınmış müəlliflər bu böyük dövlət adamını həm də Ustad müəllim kimi xarakterizə edirlər. Bəli, bu gün tərəddüdsüz söyləmək olar ki, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmil siyasi və dövlət xadimi Heydər Əliyev, həm də ölkəmizdə dövlət qurmağın, onu qoruyub saxlamağın, hərbi-siyasi çevrilişlərin qarşısını almağın, milli-vətəndaş birliyi yaratmağın, xalqı vahid ideya- azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməyin yollarını göstərən əsl müəllim idi. Bu gün Azərbaycan iqtidarı istər dövlət idarəçiliyində, istər daxili siyasətdə, istərsə də diplomatiyada məhz Öz Müəlliminin- Heydər Əliyevin göstərdiyi, müəyyən etdiyi yolla gedir.


Ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə müəllimlərimizə, bütövlükdə təhsilə və təhsil işçilərinə eyni həssaslıqla xüsusi diqqət və qayğı göstərilir. Bəzi faktları qeyd etmək istəyirəm: İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə 3200-dən çox məktəb tikilib, yaxud əsaslı təmir edilib. Ali məktəblərin binaları təmir edilib və yenidən qurulub, texniki təminatı ən yüksək səviyyəyə qaldırılıb, filialları ilə birgə sayları və coğrafiyası iki dəfəyə qədər genişləndirilib. Hər yeni dərs ilinin başlanğıcı Azərbaycanda onlarla yeni məktəblərin, eləcə də bu və ya digər ali məktəbin, yeni fakültələrin, yeni tədris korpuslarının açılışı ilə yadda qalır. Təhsil müəssislərinin texniki təchizatına, dərsliklərlə təmin edilməsinə hökumət tərəfindən xüsusi nəzarət olunur. Milli kardrların hazırlanması məqsədilə son on doqquz ildə minlərlə Azərbaycan gənci dövlət hesabına xarici ölkələrdə təhsil alıb və almaqda davam edir. Bu istiqamətdə pedaqoji kadrların hazırlanması işi də ildən-ilə təkmilləşdirilir, zəruri sahələrdə mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, ixtisas artırması və s. istiqamətində xarici təhsil müəssisələri ilə geniş əməkdaşlıq edilir.


Azərbaycanda müəllimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə Prezident tərəfindən davamlı olaraq xüsusi addımlar atılır. Cənab Prezidentin qeyd etdiyi kimi, dövlətin imkanları, büdcənin gəlirləri artdıqca təhsil işçilərinin də maaşları artırılır və bu addımlar gələcəkdə də davam etdiriləcək, digər vətəndaşlarımız kimi, müəllimlərin də maddi rifahının yüksəldilməsi üçün lazımi qərarlar qəbul ediləcək.


Bir faktı xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə müasir standartlara cavab verən təhsil komplekslərinin yaradılması və məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi işinə xüsusi diqqət yetirir. Fondun təhsil proqramlarında aztəminatlı ailələrdən olan şagirdlər də unudulmur və hər tədris ilinin əvvəlində aztəminatlı ailələrin birinci sinfə gedən uşaqlarına bütün məktəb ləvazimatları hədiyyə edilir.


Müəllim olmaq bir üstünlükdür və hamı… müəllim sözünə, müəllim peşəsinə böyük hörmərlə yanaşır. Bəlkədə, buna görə müəllimlər dünyada ən uzun ömürlü peşələrin başında durur, yəni müəllimlər digər peşə sahiblarindən daha çox yaşayırlar. Müəllimlər daim cəmiyyətdə hörmətlə xatırlanırlar. Birdə bu peşənin bir sirri var… burada uğursuz olmağın yeganə yolu… maddi dəyərlərə əhəmiyyət verməkdir. Başqa sözlə desək, müəllim olan insan heç vaxt gözü maddiyatda olmalı deyil.


Əziz müəllimlər, sonda diqqətinizi Ümummilli Liderin belə bir tarixi fikrinə yönəltmək istəyirəm. Ulu öndər söyləyirdi ki, müəllimlərimizin əsas vəzifəsi əlbəttə ki, ilk növbədə gənc nəslə- məktəblərə qədəm qoyan şagirdlərə, ali məktəblərə qəbul olunan gənclərə yaxşı təhsil verməkdən ibarətdir. Amma gərək unutmasınlar ki, hər bir azərbaycanlı gənc yaxşı təhsil almaqla yanaşı, həm də gərək dəyərli vətəndaş kimi formalaşsın, öz dövlətinə, millətinə və xalqının adət-ənənələrinə sadiq vətəndaş kimi yetişsin!


Beləliklə, gələcəyimiz sizlərə əmanətdir, əziz müəllimlər!


 

Hazırladı: Kəmalə Eldarlı

Baş redaktor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930