Ermənistan KTMT-nin yardım paketindən buna görə imtina edib
Ermənistan KTMT-nin yardım paketindən imtina edib.
Bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
"Çünki KTMT təşkilatın məsuliyyət zonasının harada başlayıb, harada bitdiyini qeyd etmir. Təəssüf ki, Ermənistanın həmin ərazisi və onun sərhədləri ilə konkret xəritəsi qeydə alınmayıb və KTMT ilə bağlı işlərdə problem budur", - deyə Arşakyan bildirib.
O, həmçinin qeyd edib ki, silah əldə etmək baxımından başqa variantlar var, Ermənistan onlardan istifadə edir.