KTMT: “Ümid edirik ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) olaraq ümid edirik ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi tezliklə imzalanacaq”.
Bunu Belarusun paytaxtı Minskdə səfərdə olan KTMT-nin baş katibi İmanqali Tasmaqambetov jurnalistlərə açıqlamasında deyib.
“Ümid edirik ki, bu danışıqlar sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq və ölkələr sərhədlərin delimitasiyasına başlayacaqlar”, - KTMT-nin baş katibi vurğulayıb.
Tasmaqambetov qeyd edib ki, Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı mütəmadi danışıqlar aparılır və bu yaxınlarda Avropada daha bir görüş baş tutub.
KTMT rəhbəri onu da vurğulayıb ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi praktiki olaraq 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən iki ölkə arasındakı sərhədləri tanıyırlar.
Mənbə: Belta.by