azfakt.az
http://azfakt.az

Qəzadan sonra sürücülər bu halda hadisə yerini tərk edə bilər - RƏSMİ AÇIQLAMA

14-11-2023, 11:47 Baxılıb: 3

Qəzadan sonra sürücülər bu halda hadisə yerini tərk edə bilər - RƏSMİ AÇIQLAMA

Nəqliyyatı İntelektual İdarəetmə mərkəzi avtomobil sıxlığının qarşısını almaq üçün sürücülərə müraciət edib.

Qurumdan verilən məlumatda deyilir ki, paytaxt yollarında maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdə bir çox sürücü avtomobilini yolun hərəkət hissəsində saxlayır.

"Onların nəqliyyat vasitəsini hərəkət zolağından kənara çəkməyib sığorta nümayəndəsini gözləmələri, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə sıxlığın yaranmasına səbəb olur. Lakin sürücülər qəzalar zamanı avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkə və digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yarada bilərlər.

Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda (yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda) hadisə yerini tərk edə bilər", - NİİM-dən bildirilib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda baş verə biləcək avtomobil sıxlığının qarşısını almaq üçün sürücüləri diqqətli olmağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930