Radio aparıcısını canlı yayım zamanı öldürdülər
Filippində radio şousunun aparıcısı Xuan Cumalon evində canlı yayımda olarkən silahlı hücum nəticəsində həyatını itirib.
Xarici KİV xəbər verir ki, hadisə aparıcının Calamba bölgəsindəki evində baş verib.
Bildirilir ki, qatil aparıcını öldürdükdən sonra onun qızıl boyunbağını götürərək qaçıb.
Filippin prezidenti Ferdinand Markos jurnalistin ölümü ilə bağlı yazılı açıqlama yayıb: "Demokratiyamızda jurnalistlərə qarşı hücumlara yol verilməyəcək. Mmətbuat azadlığını təhdid edənlər əməllərinin bütün nəticələri ilə üzləşəcəklər".
Filippinin Milli Jurnalistlər Birliyi Cumalon ilə birlikdə 1986-cı ildən bu yana ölkədə 199 jurnalistin öldürüldüyünü açıqlayıb.