azfakt.az
http://azfakt.az

Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlanıb

4-11-2023, 18:42 Baxılıb: 9

Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlanıb

"Minaların təsiri həqiqətən də dağıdıcıdır, insanlar həyatlarını itirir və ya ömürlük əlil qalır".
Bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsi başa çatandan bu günədək 336 insan partlayıcı sursatların qurbanına çevrilib, onlardan 65-i həyatını itirib, 271-i isə müxtəlif dərəcəli xəsarətlər alıb.
"Müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 938.1 hektar ərazinin təmizlənməsi təmin edilib. Bu günədək ekoloji qiymətləndirmə və elmi tədqiqatlar üçün nəzərdə tutulmuş 12 514.7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd təsərrüfatı üçün 53 078.4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3 421 hektar, nəqliyyat infrastrukturu üçün 5 759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 118 hektar, digər məqsədlər üçün 5 784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib. Nəticədə təmizlənmiş 106 938.1 hektar ərazidən ümumilikdə 105 488 ədəd olmaqla, 30 539 piyada əleyhinə mina, 18 303 tank əleyhinə mina, 56 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930