Azərbaycana səs salan Xatimə adlı qadın: falçı, yoxsa fırıldaqçı?
Millətimizi cəhalətə sürükləyən falçılığın ifşasına həsr etdiyimiz bu materialda paytaxtın Abşeron rayonu, Novxanı kəndi, Yanacaq doldurma məntəqəsinin yaxınlığında mistik atributların pərdəsi altında dələduzluqla məşğul olan daha bir fırıldaqçının əməllərindən bəhs edirik. Bu xüsusda aldığımız məlumatda bildirilirdi ki, Xatimə adlı bu fırıldaqçı vətəndaşları öz evində qəbul edir. Bir “seans”ın qiyməti isə 20-30 manat civarındadır. Amma bu məbləğ sadəcə Xatimənin qəbuluna düşmək üçün yetərlidir. Yəni “bəxt açılması”, “cadunun batil olunması” kimi əməllər daha başa gəlir. Məsələn, müşkülə düşmüş insanların bəxtlərının açılması onlara 100 manata və yaxud da daha baha başa gələ bilər. Mövzuya dair dərc etdiyimiz materiallarda biz dəfələrlə qeyd etmişdik ki, bu gün cəmiyyətimizdə bəzi insanlar müəyyən müşküllərinin həlli xüsusunda öz ümidlərini fırıldaqçı ekstrasenslərin, şarlatan falçıların “köməyinə” bağlamaqla bir tərəfdən olan-qalan ruzilərinin də kəsilməsinə yol açırlar, digər tərəfdən də dost-tanışın, qohum-əqrəbanın gülüş hədəfinə çevrilirlər. Falçı Xatimə bu dələduzluğunu Abşeron Polis İdarəsinin əməkdaşları niyə göz yumur? Dələduzluqla məşğul olub camaatın pulunu mənimsəmək özü bir cinayət işidir.
Görəsən Xatimə adlı bu qadın haqqında niyə hüquq-mühafizə orqanları tədbir görmür?
Amma bir məqamı da qeyd etməmək olmaz ki, bəzən insanların bu yalanlara uymasında kütləvi informasiya vasitələrinin də rolu olur. Xatırlayırsınızsa, saytımızın ötən saylarında biz müxtəlif kütləvi informasiya vasitələrində, xüsusilə də bəzi televiziya kanallarında müəyyən falçıların ekstra qabiliyyətləri, reallaşmış öncəgörmələri və hətta bir çox hallarda hadisələrin gələcək inkişafına güya ki, müdaxilə etmək imkanlarının geniş təbliğ olunması barədə bir neçə tənqidi material dərc etmişdik. Materiallarda qeyd olunmuşdu ki, bu cür tərtib olunmuş təbliğat kampaniyası mahiyyət etibarı ilə yüksək qazanclı falçılığın reklamından başqa bir şey deyildir. Çox şükürlər olsun ki, son vaxtlar bu tip “marketinq” fəaliyyəti ilə getdikcə daha az rastlaşırıq. Lakin bu da ümumi vəziyyətin kəskin dəyişməsinə səbəb olmur. Artıq reklam marketinqinin gücünü görən bəzi falçılar bu yönümdə fəaliyyəti elektron informasiya vasitələri olmadan belə, özləri həyata keçirməyə çalışırlar.
Məlum olduğu kimi bu şəxslər də digər “həmkarları” kimi öz qulluq mövqeylərindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olurlar. Lakin göründüyü kimi bu şəxslərin aqibəti onların yolunu gedən digər fırıldaqçılar üçün hələ də yetərli ibrət olmayıb.
Xatimə adlı bu qadın haqqında daha şok faktlarla sizi tanış etdirəcəyik... FOTO/VİDEO materiallar dərc edəcəyik.
Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.
Hazırladı: Yazar